"Ziya Məmmədovu qınayırıq, bizə qarşı diqqətsizdir" - NARAZILIQ VAR...
5-08-2016, 14:53
Ölkə prezidenti idmana və onun inkişafına qayğı göstərsə də, nədənsə Azərbaycan Voleybol Federasiyasının kişilərdən ibarət yığması diqqətlərdən kənar qalıb. Dünən bununla bağlı məlumatı nəzərinizə çatdırmışdıq.
Həmin problemlə bağlı bu dəfə voleybol üzrə kişilərdən ibarət milli komandamızın ötürücüsü, oyun qurucusu Tural Həsənli Hurriyyet.org-a müsahibəsində danışıb. İdmançımız federasiya rəhbəri Ziya Məmmədovun kişi voleybolçulara qarşı diqqətsizliyindən danışıb.
- Azərbaycan Voleybol Federasiyasında problemlərinizi dilə gətirəndə sizə nə deyirlər?
- Bildiyiniz kimi, həmişə böyük rəhbərliyin üstünə atırlar. Deyirlər ki, maliyyə ayırmırlar. Amma bu indinin yox, illərin problemidir. Bizim əsas məqdədimiz çempionatın keçirilməsi və komandaya illik büdcənin ayrılmasıdır.
- İndi yığmanın üzvləri nə işlə məşğuldur?
- Ortalıqda qalmışıq, görəcək iş yoxdur. Çünki heç kimin əlavə iş yeri yoxdur. Biz hamımız peşəkar oyunçularıq, hansı ki, illərdir bu işlə məşğulluq.
- Kişilərdən ibarət voleybol klubaları da yoxdur?
- Klublar hamısı formal xarakter daşıyır. Bizdən başqa klubda oynayan oyunçular isə bizim yaşadığımızın eynisini yaşayıb və heç nə etmədən sevdikləri işdən uzaqlaşıblar. Həmçinin çempionat olan zaman həvəslə gəlib çalışırlar. Onlar ikinci iş yeri olan adamlardır. Bu işi də pulsuz hansısa klubda sırf kişi voleybolunu dirçəltmək üçün edirlər.
- Bu illərin problemidir dediniz. Bəs uzun müddət bu problemə göz yumurdunuz, heç nə demirdiz, indi deməyə başlayıbsınız?
- Çünki həmişə söz veriblər, bir şey edən kimi tez susdurublar. Yalançı vədlər veriblər və klubdan kənar etdikləri kiçik yardımları həmişə gözə soxublar. Belə ki, bir oyunçunun problemini həll etdikdən sonra gözə soxublar. “Üzümüzə ağ olursunuz” deyib öz işlərinə davam ediblər. Son 9 ildə vəziyyət çox kritik olub. Bu son həddir. Heç kimin itirəcək bir şeyi qalmayıb artıq...
Açıq deyim ki, acımızdan ölürük, üzr istəyirəm ifadəmə görə…
- Məktubunuzun lazımi ünvana çatib-çatmaması ilə bağlı nə deyirlər?
- Məktub çatıb, amma federasiyadan ciddi reaksiya yoxdur.
- Bəs Gənclər və İdman Nazirliyindən?
- Heç bir şey, sakitçilikdir. Bu gün (dünən - 4 avqust – red.) kiçik reaksiya var, ona da inanmırıq.
- Necə reaksiya?
- İclas etmək istəyirlərdilər federasiyada. Bu da normal bir şeydir. Çünki baş verən bu qədər şeyə cavab verməmək üçündür. Lakin artıq buna da inanmağımız gəlmir.
- Əgər bu iclasdan da müsbət nəticə çıxmasa, komanda olaraq nə etmək fikriniz var?
- Sona qədər mübarizəmizi davam etdirmək… Cənab prezidentə və Mehriban xanım Əliyevaya bu problemi çatdırmağa çalışacağıq.
Bütün komanda adından bunu da əlavə etmək istəyirəm ki, kişilərdən ibarət voleybol ürə milli komnandanın əsas qınaq nöqtəsi AVF-nin prezidentidir. Belə ki, ondan bizə qarşı heş bir dəstək yoxdur. Artıq ən iyrənc vəzəiyyətdəyik. Federasiya prezidenti Ziya Məmmədov diqqətini bizdən kənara çəkib.