Bakı Baş Gömrük İdarəsi vətəndaşlarla "zarafat" edir: Mart-da dəvəti apreldə göndərir... FOTO

18-04-2024, 17:37           
Bakı Baş Gömrük İdarəsi vətəndaşlarla "zarafat" edir: Mart-da dəvəti apreldə göndərir... FOTO
Gömrük orqanlarının bu qədər "operativ" işlədiyini bilmirdim. Deməli, vətəndaş Bakı Baş Gömrük İdarəsində rastlaşdığı neqativ proseslərlə bağlı şikayət ünvanlayıb. Baş İdarədən onu görüşə dəvət ediblər ki, gəl, araşdıraq.
Amma məsələ bundadır ki, dəvət məktubu bu gün - aprelin 18-də vətəndaşa verilib, görüşə isə martın 18-nə dəvət ediblər. Yəni, vətəndaş bir ay geri hoppanmalıdır ki, şikayətinə baxsınlar, əgər hoppana bilsə, problemini araşdıracaqlar. Öyrəndim, bu, poçtla bağlı problem deyil, sadəcə gömrük işçiləri haqqını tələb edən şəxsləri lağ obyektinə çevirmək üçün belə bir addım atırlar.
Azərbaycanda kütləvi savadsızlığın, qorxusuz rüşvətin ən çox yer aldığı qurum məhz gömrük orqanlarıdır. Gömrük orqanlarında illərdir tanıdığım insanlar var. Onlardan biri tələbə vaxtı BDU-nun sabiq rektoru Abel Məhərrəmovla müğənni Əli Mirəliyevi səhv salırdı, hər dəfə gedib A.Məhərrəmovu gözləyirdi, görən kimi qucaqlayırdı, elə bilirdi ki, Əli Mirəliyev universitetdə musiqidən dərs deyir. Tələbə vaxtı Ermənistanın bayrağı ilə Almaniyanın bayrağını səhv salmışdı, özünə köynək tikdirmişdi. Metroda təpikləyirdilər. Bir dəfə də xəstə vaxtı Bəxtiyar Vahabzadə ilə görüşə getmişdik, haqqında danışdığım bu adam sonda vidalaşanda dedi ki, Bəxtiyar müəllim, siz böyük riyaziyyatçısınız, sizə dəhşət hörmətim var. Bəlkə də Vahabzadə ölməyəcəkdi, bu sözdən sonra öldü. Metroda vaqonda düşəndə metro işçilərinə yaxınlaşıb pul (həmin vaxt "bir nizami") uzadırdı.
Dörd il ərzində bütün müəllim-professor heyəti bu adama "konstitusiya" sözünü düzgün yazıb oxumağı öyrədə bilmədi. Bəs, bu adam indi harda işləyir? "Kontrabanda"da yüksək vəzifədədir, əslən Cəhri kəndindəndir, Siyavuş Novruzovun qohumudur. Arxadan baxanda Mozambik eşşəyinə, qabaqdan baxanda gömrük işçisinə oxşayır. Cah-cəlal içərisində yaşayır, rütbəsi də çiyinlərində, dalında da "pıstalet".
Samir Feyruzov
TEREF













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.