“Hills”-dən “Diana”-ya aparan yol

7-09-2016, 13:20           
“Hills”-dən “Diana”-ya aparan yol
Bu obyektlərin sahibi Mehman Həsənov paytaxtın iki rayonu ərazisində əsil pritonlar şəbəkəsi yaradıb

Qeyd edək ki, Nəsimi rayonu ərazisində "Hills” massaj salonu adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvasını ifşa edən materiallar dərc olunmuşdu. Həmin yazılarda biz göstərmişdik ki, Səməd Vurğun və Tolstoy küçələrinin kəsişməsində yerləşən və Mehman Həsənov adlı şəxsə məxsus olan bu obyekti Abdullayev Şirin Tapdıq oğlu adlı digər bir vətəndaş icarə əsaslarında işlədir. Lakin bu şəxslər arasında heç bir rəsmi icarə müqaviləsi də bağlanmayıb. Sadəcə olaraq, tərəflər şifahi razılaşma əsasında öz "işgüzar” münasibətlərini qurublar. Bu da təbii ki, ilk növbədə vergi maxinasiyalarının daha effektiv şəkildə həyata keçirilməsi məqsədini güdür. İkinci bir tərəfdən, mənbə bildirir ki, bu gün "Hills” massaj salonunda cinsi istismara məruz qoyulan qızların arasında xarici vətəndaşlar da kifayət qədərdir. Deyilənə görə, ölkəmizdə qeyri-leqal şəraitdə yaşayan bu miqrant qızların hətta şəxsiyyətlərini təsdiq edən sənədlər də pritonun sahibləri tərəfindən alınaraq saxlanılır. "Hills”-in fəaliyyəinə dair aldığımız ən dəhşətli açıqlama isə bundan ibarətdir ki, bu pritonda hətta yetkinlik yaşına çatmamış qızların da cinsi istismara məruz qoyulduqları iddia olunur. Bütün bunları nəzərə alaraq, biz vurğulamışdıq ki, "Hills” massaj salonunun fəaliyyəti ilə istər Dövlət Miqrasiya Xidmətinin, istərsə də hüquq-mühafizə orqanlarının yaxından maraqlanmaları üçün kifayət qədər əsaslar mövcuddur. "Hills”-in fəaliyyəinə dair aldığımız ən dəhşətli açıqlama isə bundan ibarətdir ki, bu pritonda hətta yetkinlik yaşına çatmamış qızların da cinsi istismara məruz qoyulduqları iddia olunur.

Lakin apardığımız araşdırmalar nəticəsində məlum olub ki, Mehman Həsənovun sahib olduğu pritonlar şəbəkəsi nə sadəcə Nəsimi rayonu ilə, nə də tək bir "Hills” salonu ilə məhdudlaşmır. Tərəfimizdən müəyyən olunub ki, bu şəxsin paytaxtın Səbail rayonu ərazisində daha iki belə obyekti var. Bunlardan biri Bülbül prospektində, 39-cu Polis Bölməsilə eyni binada yerləşən "Diana” massaj salonu, digəri isə, Xəqani küçəsi 14 ünvanında yerləşən "Aqfa” massaj salonudur. Biz dəfələrlə öz yazılarımızda belə bir fikri də vurğulamışıq ki, bu gün istənilən ərazidə hər hansı qeyri-qanuni fəaliyyət növü ilə məşğul olmaq və eyni zamanda bu fəaliyyəti həmin ərazinin hüquq-mühafizə orqanlarından gizlin saxlaya bilmək prinsip etibarı ilə mümkün deyil. O cümlədən, əgər müəyyən ərazidə hər hansı əxlaqsızlıq yuvası davamlı fəaliyyət göstərə bilirsə, bu zaman həmin əraziyə nəzarət edən polis orqanının bu işdən xəbəri olması mütləqdir. Buna görə də Bakının tam mərkəzində fəaliyyət göstərən məlum əxlaqsızlıq yuvalarına münasibətdə hüquq-mühafizə orqanlarının israrla nümayiş etdirdikləri etinasızlıq tamamilə anlaşılmazdır.

Göründüyü kimi, Mehman Həsənov həqiqətən də əsil pritonlar şəbəkəsinin sahibidir. Nəsimi və Səbail rayonlarının polis idarələrinin əməkdaşları, xüsusilə də 39-cu Polis Bölməsinin rəhbərliyi isə, hələ də gözlərinin önündə baş alıb gedən bu rüsvayçılığa göz yummaqda davam edirlər.

Bir daha xatırladaq ki, bu yaxınlarda redaksiyamıza Nəsimi rayon prokurorluğundan məktub daxil olmuşdur. Nəsimi rayon prokuroru, baş ədliyyə müşaviri cənab Salman Məmmədli tərəfindən imzalanmış bu məktubda bildirilir ki, redaksiyamız tərəfindən prokurorluğa ünvanlanmış müraciət, qanuna müvafiq qaydada araşdırılıb, tədbir görülməsi üçün Nəsimi RPİ-nə göndərilmişdir. Ümid edirik ki, artıq müvafiq araşdırmaya Səbail rayonunda da başlanacaqdır.

Adı çəkilən bütün tərəflərin mövqeyini öyrənə bilərik.xalqxeber.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.