Laçın təhsilində korrupsiya baş alıb gedir - ŞİKAYƏT
9-09-2016, 00:41
teref.az-nun poçtuna Laçıln təhsilində baş verən korrupsiya və rüşvət halları ilə bağlı dövlət başçısına ünvanlanmış şikayət məktubu daxil olub.Onu sizin diqqətinizə çatdsırırq:
Azərbaycan Respubilkasının Prezidenti
İlham Əliyev Cənablarına
Surəti: Birinci Xanım Mehriban Əliyevaya
Surəti: Prezidenti Administrasiyasının rəhbəri
Ramiz Mehdiyev Cənablarına
Surəti: Təhsil Naziri Mikayıl Cabbarov Cənablarına
Surəti: Baş nazir Artur Rasi-zadə Cənablarına
Surəti: Baş prokuror Zakir Qaralov cənablarına
Surəti: Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Rəisi Kamran Əliyev cənablarına
Surəti: Maliyyə naziri Samir Şərifov cənablarına
Laçın rayon sakini hal-hazırda Ağcabədi rayon Taxta-Körpü ərazisində Şeylanlı Obasında Müvəqqəti Məskunlaşmış Xudayarov Baxşeyiş Salyan oğlu tərəfindən
Hörmətli Cənab Prezident Təhsil Nazirinin birinci müavini Ceyhun Bayramov Laçın rayon təhsil Şöbəsini Korrupsiya yuvasına çevirib təhsil şöbəsinin sabiq müdri C.Bayramovun sağ əli Bu şöbəni özünün və C.Bayramovun biznesine çevirdi.
Laçın rayon ümumtəhsil məktəblərində oxuyan şagirdlərin 40%-dən çoxu Evdə təhsilə cəlb edilib və direktorlar aylıq əldə olunan vəsaiti M.Vəliyevin təyin etiyi şəxsə verirler bu pul C.Bayramovla M.Vəliyev arasında bölünür.bu şagirdlər yenidən psixoloji-tibbi-pedaqoji komissiyadan keçirilsə 90%-nin sağlam və yüngül fiziki qüsurlu olduğu və məktəbdə dərs məşğlələrində iştrak edikleri aşkar olar.
Təhsil Şöbəsindəki vakant dövlət qulluğu vəzifələri Müsabiqəyə çıxarılmayıb müsabiqdən kənar qeri qanuni yola 4-5 namizədin hər birindən 5000 manat rüşvət alaraq təhsil şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifələrinə təyin ediblər.
Laçın rayon ümumtəhsil məktəblərində olan texniki ştatların 60 % direktorların yaxın qohumlarının adına sənədləşdirilib əmək haqqı kartları direktorların cibindədi alına vəsait M.Vəliyevə çatır.
<<Diplomu saxta olan müəllimlərdən>> hər tədris ilində 800 manat rüşvət alaraq müəllim işləmələrinə şərait yaradıblar. LRTŞ-də 100-dən çox <<diplomu saxta olan müəllim>> var.
Laçın rayon ümumtəhsil məktəblərində işləyən müəllimlərin yaşayış yeri və əsas iş yeri haqqında maliyyə nazirliyi araşdırma aparsa aylıq 250-350 manat əmək haqqı adlarına yazldığı və faktiki olaraq işləməyən 50-dən çox müəllimin olduğu aşkar olar.bu müəllimlər özəl müəssələrdə çalışır sadəcə pedaqoji iş stajı olsun deyə adlarına dövlət vəsaitinin yazılıb mənimsənilməsinə razı olurlar.
Təhsil haqqında Qüvvədə olan normativ hüquqi aktların tələblərini pozaraq ümumtəhsil məktəblərində sinif komplektləri normadan artıq saxlanılmış və hər il məktəb direktorlarına 2-3 uşağın adına şəbəkə tutdurub sinif komplektlərini 1000 manat rüşvət alaraq satıblar.
M. Vəliyev saxta diplomları olan şəxslərdən külli-miqdarda rüşvət alaraq çox asan yollarla əvvəlcə məktəblərdə psixoloq vəzifəsinə təyin edir, sonradan qeyri-qanuni olaraq həmin şəxslərə dərs tədris etdirir və hətta bununla kifayətlənməyərək bu şəxsləri direktor, direktor müavini vəzifələrinə təyin edib.
Diplomu olmayan düzgün yazıb-oxumağı bacarmayan şəxslərdən 2000 manat rüşvət alaraq hərbi biletlə hərbi- hazırlıq müəllimi götrüb.
Hər il Dövlət büdcəsindən Laçın rayon təhsilinə ayrılan 100 min manatlarla vəsaiti müxtəlif adlar altında talan ediblər. İnventarların satın alınmasına , yumşaq inventarların satın alınmasına, məktəbli paltarlarının alınmasına, Məktəblərin zəruri və əsaslı təmir bərpa
işlərinə,dəftərxana ləvazimatlarının alınmasına, avadanlıqların satın alınmasına və digər xərclər üçün ayrılmış vəsaiti müxtəlif MMC- lərin adına sənədləşdirərək mənimsəyiblər.Araşdırılma aparılsa bu vəsaitin heç 10%-i təyinatı üzrə xərclənməyib və bir çox hallarda alına İnventarlar faktiqi bazar qiymətindən iki üç dəfə şişirdilib.məsələn araşdırılma aparılsa bir stülün faktiqi baz qiyməti 30 azn olduğu halda balansa 60-70 manat salınıb.
Ceyhun Bayramov Şərikli bizneslərini böydmək məqsədi ilə M.Vəliyevi 300 000 manat rüşvət qarşılığında Tərtər, Ağdam, Ağcabədi, Laçın, Füzuli və Xocavənd rayon təhsil şöbələrinin bazasında yaradılmış Tərtər Regional Təhsil İdarəsinə müdir təyin etirmişdi.
Laçın rayon təhsil şöbəsinə də Malik Vəliyevin Yaxin qohumu olan Nicat Həsənovu müdir təyin etirmişdi C.Bayramov
əgər C.Bayramovun və Malik Vəliyein rüşvət yığmaq məqsədi yoxdusa?Laçın rayonunda 100-dən çox ümumtəhsil məktəblərinin direktoru var onlar içərisində təhsil şöbəsinin müdri işləməyə potensialı olan bir nəfər tapılmadı gərək müdir M.Vəliyevin qohumu ola Uşaq Gənclər İdman Məktəbinin direktoru Nicat Həsənov bu müəssə ancaq sənəd üzərində mövcüdü faliyyət gostərmir.
Cənab Prezident Laçın rayon bütün İdarə və müəssələrində korrupsiya rüşvət xorluq məmur öz başnalığı dözlməz həddə çatıb bu acnacaqlı vəziyyət əhalinin sizə və dövlətə olan inamını azaldır.əhalinin yeganə çıxış yolu sizə və Prezident Administrasiyasının rəhbərinə yazılı müracətlər gondərməkdi bu müracətlər aidyati üzrə prezident aparatında Laçın rayon ukratoru Ağa əli müəllimə verilir Ağa əli müəllim ayda bir dəfə vətəndaşlarla görüşmək adı altında Ağcəbədi rayon taxta körpü qəsəbəsinə gəlir Ağa əli müəllim rayona gəlməmişdən qabaq Laçın rayon İcra Hakimyəti tərəfindən Ağa əli müəllimi şərəfinə elə bir ziyafət təşkil olunur ki Ağa əli müəllim vətəndaşlarla görüşə gəldiyi yadan çıxır məclis qutarandan sonra Ağa əli müəllim Laçın rayon idarə və müəssə rəhbərlərindən aylıq hesabın aldıqdan sonra prezident aparatına qayıdır buda Ağa Əli müəllimin vətəndaşlarla görüşü olur Cənab Prezident.
Xudayarov B. Tarix: 08/09/2016
teref.az olaraq adları çıəkilən hər bir şəxsin fikirlərinıə yer verməyə hazırıq!