Lənkəran İcra başçısı 600-dən çox bal yığan tələbələrə 15 manatlıq çaynik hədiyyə etdi - FOTO
10-09-2016, 08:04
teref.az-ya Lənkəran şəhərindən zəng edən Lənkəran sakini məlumat veridi ki, Lənkəıran İcra başçısı Taleh Qaraşov 600 baldan çox bal toplayan tələbələrlə görüşüb onlara mükafat təqdim etməli idi. Tələbə adını qazanan cavan Lənkəran sakinləri sevinərək icra hakimiyyətinə yığışandan sonra icra başçısı 2 saatlıq məruzə edərək axırda tələbələrin hərəsinə 15 manatlıq elektrik çayniki hədiyyə edib. Lənkəran sakinləri başçının bu hərəkətini lağa qoyurlar. teref.az