«Xudafərin» hotelinin fəaliyyətilə bağlı ciddi araşdırmalara ehtiyac var
11-10-2016, 09:20
«Priton» kimi tanınan obyektin sahibi bir sıra yüksək çinli məmurlar tərəfindən himayə olunur Hotelə giriş daimi müştərilər üçün sənədsizdir və xanımlarla giriş məsələsində heç bir problem yaradılmır Ötən saylarımızın birində qeyd etdiyimiz kimi, Bakının Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi 25 ünvanında yerləşən «Xudafərin» hoteli əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir. Sözügedən hotelin, o cümlədən «Yeni Xudafərin» şadlıq sarayının «Xudafərin-55» MMC-nin nəzdində olduğunu qeyd edən məlumatlı şəxsin Gundelik-Baku.com-a verdiyi informasiyada bildirilir ki, «Xudafərin» hoteli kənardan mədəni və olduqca kübar məkan təsiri bağışlasa da, paytaxt sakinlərinin əksəriyyəti buranı məhz «priton» kimi tanıyır. Belə ki, günün əsasən axşam saatlarında hoteldə yüngül həyat tərzi keçirən qızların tez-tez göründüyünü vurğulayan mənbənin sözlərinə görə, bu tip obyektlərin mövcudluğu gənc nəslə pis örnək olur: «Deyilənlərə görə, «Xudafərin» hotelinin bəzi işçiləri qadınları aldadıb bura gətirirlər. Sonra isə onları müəyyən miqdarda pulun müqabilində müştərilərə satırlar. O da bildirilir ki, «Xudafərin-55» MMC-yə rəhbərlik edən Səyavuş Əsgərov bir sıra yüksək çinli məmurlar tərəfindən himayə olunur. Məhz elə bu səbəbdən də əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən «Xudafərin» hotelinin sahiblərinə «gözün üstə qaşın var» deyən yoxdur.
Nəzərinizə çatdırım ki, Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərən hotelin bütün otaqları mərkəzi istilik sistemi, kabel televiziyası, internet və digər sistemlərlə təchiz edilib. Deyilənlərə görə, müştərilərin rahatlığını nəzərə alan hotel rəhbərliyi onların əyləncəli intim həyat yaşamasından ötrü lazımi şərait yaradıb. Qeyd olunur ki, «Xudafərin» hotelində otaqların üç saatlıq qiyməti 70-100 manatdan civarındadır. Ümumiyyətlə, müştərilər ciblərinə uyğun otaqları seçib özləri ilə gətirdikləri qızlarla vaxt keçirirlər. Məsələnin maraqlı tərəfi ondadır ki, məhz hotel kimi fəaliyyət göstərəcəyinə dair Mədəniyyət və Turizm Nazirliyinin lisenziyasını alan «Xudafərin» hazırda «priton» kimi tanınsa da, adıçəkilən nazirlik, o cümlədən digər müvafiq qurumlar bununla bağlı lazımı tədbirlərə əl atmayıblar». Səyavuş Əsgərovun rəhbərlik etdiyi hotelin müştərilərinin əksəriyyətinin imkanlı şəxslər olduğunu qeyd edən məlumatlı şəxs bildirir ki, onların arasında müxtəlif vəzifələrdə çalışan insanlar da var: «Deyilənlərə görə, bahalıq üzündən maddi durumu aşağı olan şəxslər «Xudafərin» hotelə gedə bilmirlər. Həftənin hər günü fasiləsiz fəaliyyət göstərən hotel əməlli-başlı əxlaqsızlıq yuvasına çevrilib. Bura gələn cavan oğlan və azyaşlı qızların məqsədi məlumdur. Onlar hoteldə bir neçə saat ərzində əylənirlər. «Priton» kimi fəaliyyətini davam etdirən hotelin işinə müdaxilənin edilməməsi onu deməyə əsas verir ki, onun arxasında yüksək vəzifədə təmsil olunan şəxslərdən biri dayanıb. Və bu səbəbdən hüquq-mühafizə orqanlarının əməkdaşları adıçəkilən əxlaqsızlıq yuvasının fəaliyyətinə müdaxilə edə bilmirlər». Bu arada, onu da nəzərinizə çatdıraq ki, mövzu ilə bağlı daha ətraflı məlumat əldə etmək məqsədilə bu günlərdə «Xudafərin» hotelinə yollandıq. Beləliklə, sözügedən məkana çatdıqda oradakı ab-havadan məlum oldu ki, bura həqiqətən də əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir. Hotelin qarşısında müxtəlif bahalı markalı avtomobillərə rast gəlmək olar. Maraqlısı ondadır ki, müxtəlif yaşlı kişilər, eləcə də gənc oğlanlar həyətdə gözə dəyən maşınların arxasında xısın-xısın söhbətləşirdilər. Aydın şəkildə hiss olunurdu ki, «Xudafərin» hoteli heç də yaxşı bir yer deyil. Çünki hotelin həndəvərindəki insanlar üzünü bir-birindən gizlədirdilər. Sanki oğurluq iş görürdülər. Obyektin içərisində nələrin baş verdiyini müşahidə etdikdə oğlanların yanlarındakı qızlarla «resepşn»a yaxınlaşdıqdan sonra onlara göstərilən otaqlara doğru istiqamət aldıqlarını gördük. Bu mənzərəyə baxdıqda adam gözlərinə inana bilmirdi. Doğrudanmı paytaxtın mərkəzində, insanların sıx yerləşdiyi bir ərazidə hotel adı altında «priton» fəaliyyət göstərir və bunu heç kim görmür?.. Hotelə gələn cavab oğlanlarla söhbət zamanı öyrəndik ki, yüngül həyat tərzi keçirən qızlar «Xudafərin»də hər gecə bir neçə kişi ilə yaxınlıq edir. Müşahidələrimiz zamanı məlum oldu ki, ilin hər fəslində və günün əsasən axşam saatlarında burda müştəri sıxlığı müşahidə olunur. Deyilənlərə görə, hotelin qeydiyyat şöbəsində işləyən şəxslərin müştərilərdən şəxsiyyət vəsiqəsi tələb etməməsi bura edilən müraciətlərin sayını daha da artırır. Bizə bildirdilər ki, hotelə giriş daimi müştərilər üçün sənədsizdir və xanımlarla giriş məsələsində heç bir problem yaradılmır. Bu bir daha «Xudafərin» hotelinin əxlaqsızlıq kimi fəaliyyət göstərməsilə bağlı şübhələri artırır. Məhz elə bu səbəbdən də ümid edirik ki, müvafiq dövlət qurumları, əsasən də hotelə lisenziya verən Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tez bir zamanda «Xudafərin»lə bağlı obyektiv araşdırmalara başlayacaqlar. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Gundelik-Baku.com