Mərkəzi Bankın sədri: “Amerika iqtisadiyyatı asqıranda, Avropa iqtisadiyyatı sətəlcəm olur”

16-03-2020, 10:31           
Mərkəzi Bankın sədri:
“Bu yaxınlarda biz Sinqapur iqtisadiyyatında müəyyən prosesləri tədqiq etdik. Araşdırdıq, Sinqapurun iqtisadiyyatında müəyyən problemlər yaranır”.

Bunları REAL TV-yə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

E.Rüstəmovun sözlərinə görə, tapdıqları cavab Çinlə bağlı olub:

“Çox maraqlı amil tapdıq. Gördük ki, bütövlükdə Sinqapur iqtisadiyyatı Çin iqtisadiyyatına çox böyük həcmdə, çox yüksək səviyyəli elmi-texniki xidmətlər göstərir. Artıq bu xidmətlərin həcmi kifayət qədər azalmağa başlayıb. Nəyə görə? Çünki Çin özü artıq çox ciddi elmi-innovativ infrastrukturunu yaradıb.

Vaxtilə məlum məsəl vardı: “Amerika iqtisadiyyatı asqıranda, Avropa iqtisadiyyatı sətəlcəm olur”. Bu, 70-80-ci illərdə iqtisadçılar arasında yayılmışdı. Bu gün də Çin iqtisadiyyatı həm məcazi, həm də birbaşa mənada xəstələnəndə onun bütövlükdə dünya iqtisadiyyatına – qlobal iqtisadiyyata, qlobal ticarətə və onunla əlaqədar olaraq beynəlxalq əmtəə bazarlarına, o cümlədən də enerji daşıyıcılarına, neftin qiymətinə çox ciddi təsir göstərmə potensialı var”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru