İsgəndər Həmidov və Sabir Rüstəmxanlı söz savaşına qalxdı - Nərimanova görə

28-04-2016, 17:43           
İsgəndər Həmidov və Sabir Rüstəmxanlı söz savaşına qalxdı - Nərimanova görə
“Nəriman Nərimanovun Bakının mərkəzindəki heykəli götürülməlidir. O, Azərbaycan torpaqlarını satan şəxslərdən biri olub. Onun heykəlinin Bakının mərkəzində durması doğru hal deyil”.

Hafta.az-ın verdiyi xəbərə görə, sabiq daxili işlər naziri İsgəndər Həmidovun bu sözlərinə Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı sərt etiraz edib:

“Nəriman Nərimanov Azərbaycanın tarixi şəxsiyyətlərindəndir, onun haqqında belə fikir söyləmək doğru deyil”.

Qeyd edək ki, siyasi liderlərin söz savaşı müxalif siyasi partiyaların Antiböhran Koalisiyasının bu gün Beynəlxalq Mətbuat Mərkəzində Qarabağ problemi ilə bağlı keçirilən toplantısında baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru