"Yeni bir liderin ortalığa çıxması hər şeyi dəyişə bilər" - Etibar Məmmədov

27-05-2025, 00:08           
"Yeni bir liderin ortalığa çıxması hər şeyi dəyişə bilər" - Etibar Məmmədov
“Görəsən, Rusiya xarici işlər naziri Sergey Lavrovun səfərindən sonra Moskva tərəfindən dəstəyin artırıldığı Ermənistandakı revanşistlər, o cümlədən Xocalı qatilləri terrorçu eks-prezidentlər Robeert Köçəryan və Serj Sərkisyan ətrafında toplanmış qruplaşmalar seçki və yaxud kütləvi etirazlar yoluyla hazırkı baş nazir Nikol Paşinyan hakimiyyətini devirə bilərlərmi?”.
Milli İstiqlal Partiyasının fəxri sədri Etibar Məmmədov Moderator.az əməkdaşının ona ünvanladığı bu sualı qısa və konkret cavablandırıb:
“Hələlik Ermənistanda hazırkı baş nazir Nikol Paşinyan və onun tərəfdarları üstünlük təşkil edirlər. Ancaq Azərbaycanla sülh müqaviləsi qəti şəkildə reallaşmayana qədər Paşinyan tərəfdarlarının sayı gündən-günə azalacaq və azalmaqda davam edəcək. Bəli, onun hakimiyyətdən kənarlaşdırılması təhlükəsi var. Amma hesab edirəm ki, bu indi də adları korrupsiya cinayətlərində hallanan və məhkəmələri keçirilən keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın ətrafında formalaşmış qruplaşmalar tərəfindən edilə bilməz. Çünki hər ikisi hakimiyyətdə olduqları dövrlərdə Ermənistanda korrupsiya və talançılıqla məşğul olduqlarına görə əhali tərəfindən qəbul edilməyən siyasi xəttin nümayəndələridirlər. Ona görə də Ermənistan əhalisi hələlik “hakimiyyətdə kim olur-olsun, təki Köçəryanla Sərkisyan olmasın” prinsipi ilə Paşinyanı müdafiə edir. Yeni bir liderin ortalığa çıxması isə hər şeyi dəyişə bilər...”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru