"Benzin ucuzlaşmalıdır" - Vahid Əhmədov

26-08-2015, 19:47           
"Benzin ucuzlaşmalıdır" - Vahid Əhmədov
Dünya bazarında neftin qiyməti aşağı düşməkdə davam edir. Azərbaycan nefti də dünyada gedən bu proseslə əlaqədar xeyli ucuzlaşaraq bir barel üçün 45 dollardan da aşağı düşüb. Neftin qiymətinin dünya bazarında aşağı düşməsi artıq bir neçə ölkədə benzinin ucuzlaşmasına səbəb olub. Artıq SOCAR qonşu ölkə Gürcüstan və Ukraynada benzinin qiymətini aşağı salıb.

Maraqlıdır ki, SOCAR qonşu ölkələrdə benzinin qiymətini azaltsa da, bu, Azərbaycanda müşahidə olunmur.

Milli Məclisin iqtisadi-siyasət komitəsinin üzvü Vahid Əhmədov AzNews.az-a açıqlamasında ölkəmizdə də yanacağın qiymətinin azaldılmalı olduğunu deyib: “Yanacağın qiymətində dəyişiklik olmalıdır. Neftin qiyməti aşağı düşürsə, dünya birjalarında neftin qiymətində azalma müşahidə olunursa, yanacağın qiymətinin də aşağı salınması vacibdir. Ukraynada artıq yanacağın qiymətini azaltdılar. Bizdə də bu məsələyə baxılmalıdır”. İqtisadçı SOCAR-ın bu məsələni gözdən keçirməli olduğunu deyib: “Yanacağın qiymətini bizdə Tarif Şurası təyin edir. Tarif şurası da bu qərarı verəcək, verməyəcək onu bilmirik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru