17 yaşlı fransalı qızın fenomenal yaddaşı alimləri heyrətə gətirdi

Bu gün, 15:18           
17 yaşlı fransalı qızın fenomenal yaddaşı alimləri heyrətə gətirdi
Alimlər nadir fenomen - hipertimeziya, yəni müstəsna avtobioqrafik yaddaşa sahib 17 yaşlı fransalı qızla bağlı unikal hadisəni təsvir ediblər.
Bununla bağlı tədqiqatın nəticələri "Neurocase" jurnalında dərc olunub.

Qeyd olunub ki, qız fövqəladə dəqiqlik və emosional intensivliklə "zamanda səyahət etməyi" bacarır, zehni olaraq keçmişdəki hadisələrə qayıda və hətta xəyali bir gələcək yaşaya bilir.

Tədqiqatda TL kimi adlandırılan yeniyetmə uşaqlıqdan yaddaşının digərlərindən fərqləndiyini hiss edib. O, xatirələri yaddaşında ailə, məktəb, səfərlər, dostlar kimi "kateqoriyalara bölə bilir".

Sınaqlar zamanı TL normadan xeyli yüksək nəticələr göstərib: o, uşaqlıq və yeniyetməlik illərindən təfərrüatlı epizodları asanlıqla xatırlayaraq, onları həm birinci şəxsin adından, həm də müşahidəçi baxışından çatdırıb.

Bu cür hallar çox nadir olduğundan geniş nəticələr çıxarmağa imkan verməsə də, tədqiqatçılar onları insanın avtobioqrafik yaddaşının quruluşunu və emosiyaların, vizual təsvirlərin xatirələrin təşkilində rolunu başa düşmək üçün dəyərli hesab edirlər.

"Bu hal göstərir ki, yaddaş təkcə qeyri-adi şəkildə detallı deyil, həm də daxili strukturlaşdırılmış, xüsusi arxitekturaya tabe ola bilən şəkildə formalaşa bilər. Bütün bunlar yaddaşın quruluşunda emosiyaların və təxəyyülün rolunu öyrənmək üçün yeni suallar doğurur", - deyə tədqiqat müəllifləri vurğulayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru