Umtiti özünə vaxt qoydu: Klub tapmasa karyerasını bitirəcək

Bu gün, 15:08           
Umtiti özünə vaxt qoydu:
2018-ci ildə Fransa yığmasının heyətində futbol üzrə dünya çempionu adını qazanmış Samuel Umtiti karyerasını başa vura bilər.

Bu barədə "L'Equipe" nəşri xəbər verir.

Bildirilir ki, sağ dizindəki zədəni sağaldan müdafiəçi peşəkar karyerasını 31 yaşında bitirə bilər.

Məsələ burasındadır ki, "Barselona"nın keçmiş oyunçusu özünə yeni klub tapa bilmir. O, özünə sentyabrın 10-dək vaxt verib. Əgər bu müddətə qədər yeni komandaya transfer olmasa, 31 yaşında karyerasını bitirəcək.

Qeyd edək ki, Umtitinin son klubu Fransanın "Lill" komandası olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru