Əhəd Abiyev "Elza Seyidcahan müstəqil vətəndaşdır və özünə güvənirsə,....."

28-08-2015, 10:31           
Əhəd Abiyev "Elza Seyidcahan müstəqil vətəndaşdır və özünə güvənirsə,....."
Elza Seyidcahan müstəqil vətəndaşdır və özünə güvənirsə, deputatlığa namizədliyini irəli sürə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında Daşkəsən rayon icra başçısı Əhəd Abıyev deyib.

Bir müddət əvvəl əməkdar artist E.Seyidcahan seçkilərdə iştirakını bəyan edəndə Ə.Abıyev “O, getsin dovşanları ilə oynasın, heyvanlara mahnı bəstələsin, deputatlıq onun işi deyil” cavabını vermişdi.

Bu günlərdə müğənninin yenidən namizəd olacağını söyləməsinə icra başçısının münasibəti belə olub:

“Mən onun deputat seçilib-seçilməyəcəyini deyə bilmərəm. Bir deputat kimi nə dərəcədə istedadlı, bacarıqlı olacağını da söyləmək çətindir. Amma özünə inamı varsa ki, ona səs veriləcək, namizədliyini irəli sürə bilər”.

Ə.Abıyev rayonda seçkilərə yüksək səviyyədə hazırlıq getdiyini bildirib:

“Daşkəsəndə avqustun 26-da konfrans keçirildi, məntəqələr düzəldilib, tam şərait yaradılıb. Biz istəmərik ki, Daşkəsəndə hər hansı nöqsan olsun və buna görə respublikanın adı hallansın. Əmin edirəm ki, tam şəffaf seçki mühiti yaradılacaq. Bizim işimiz bundan ibarətdir və namizədlərə də uğurlar arzu edirəm”.

İcra başçısı qeyd edib ki, seçkilərdə seçici aktivliyi yüksək olacaq:

“Daşkəsənlilərin seçkidən xoşu gəlir. Mən bu rayonda prezident və bələdiyyə seçkilərində də seçici fəallığının yüksək səviyyədə olduğunu görmüşəm”.


Əhəd Abıyev rayonda görülən işlərdən də danışıb:

“Hazırda evlərin dam örtükləri yenilənir, iki nəhəng körpü salınır, bütün işlər plan üzrə gedir. Bilirsiniz ki, bu zonada qış sərt keçir, şaxta olur, bütün hazırlıqları görürük. Qaz, işıq, su problemləri həllini tapır. İnsanlar da bu iqlimə öyrəşiblər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru