Venesuela OPEK-ə öz kriptovalyutasını təqdim edəcək

8-11-2018, 07:24           
Venesuela OPEK-ə öz kriptovalyutasını təqdim edəcək
Venesuela hakimiyyəti OPEK ölkələrinə özünün "petro" kriptovalyutasını hesablaşma vasitəsi kimi təqdim edəcək.

Trend-in məlumatına görə, bu barədə ölkənin neft sənayesi naziri Manuel Kevedo bildirib.

M.Kevedo deyib: "Biz OPEK-də 2019-cu ilin birinci rübündə "petro"nu dünyada neft ticarəti üçün valyuta kimi təqdim edəcəyik <…> biz bütün məhsullarımızı bu kriptovalyuta ilə satacağıq".

Qeyd edək ki, "petro"nun satışları fevral ayında başlayıb. Venesuelanın kriptovalyutasının qiyməti ölkədə hasil olunan neftin bir barrelinə bərabərləşdirilib və 60 dollara yaxın təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru