Prezident ölkələrə xəbərdarlıq etdi: Rusiyadan qorunun

8-11-2018, 10:50           
Prezident ölkələrə xəbərdarlıq etdi: Rusiyadan qorunun
“Rusiya Azov dənizində hücum sistemi quraşdırır və onlardan digər ölkələrə qarşı istifadə edə bilər”.

Cebhe.info xəbər verir ki, bu xəbərdarlığı Ukrayna prezidenti Petro Poroşenko səsləndirib. Onun sözlərinə görə, hazırda Azov dənizində hərbi gəmilərin aktivliyi hiss edilir və onlar Ukrayna dəniz limanlarının blokada sistemini hazırlayırlar:

"Mən əminəm ki, onlar təkcə Ukraynaya qarşı bu sistemi tətbiq etməyəcəklər".

Xatırladaq ki, prezident Rusiyanın Berdyansk və Mariupol limanlarında işi dayandırmağa çalışdığını vurğulayıb.

30 oktyabrda isə Ukrayna Sərhəd Xidməti Rusiyanı bu ölkənin limanlarına qarşı iqtisadi blokada hazırlığında ittiham edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru