Poroşenko Antalyada kiminlə gizli görüş keçirib? - Rəsmi Kiyev açıqlama vermir

8-11-2018, 15:18           
Poroşenko Antalyada kiminlə gizli görüş keçirib? - Rəsmi Kiyev açıqlama vermir
Bu haqda informasiyanı siyasətçi Sergey Markov yayıb

Bu günlərdə Ukrayna prezidenti Petr Poroşenko Türkiyənin Antalya şəhərində otellərin birinə gedərək kiminləsə gizli görüş keçirib.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı siyasətçi Sergey Markov özünün Facebook səhifəsində yayıb.

Yayılan fotoda Ukrayna bayrağı olan avtomobil və Poroşenkonun mühafizəçiləri aydın görsənir.

Poroşenkonun Antalyadakı gizli görüşü haqda donetskli siyasi ekspert Vladimir Kornilov da Twitter səhifəsində status yazıb və bildirib ki, Ukrayna lideri ukraynalı iş adamı Rinat Axmetova məxsus olan Rixos otelinə gedib:

"Maraqlıdır, Poroşenko orda kiminlə görüşüb?".

Yeri gəlmişkən, rəsmi Kiyev Poroşenkonun Antalya görüşü haqda heç bir açıqlama verməyib.

Xatıladaq ki, 2019-cu ilin mart ayında Ukraynada prezident seçkiləri keçiriləcək. Ölkənin sosioloji mərkəzlərinin sorğularına görə Poroşenkonun əhali arasında populyarlığı minimuma enib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.