İrəvan Paşinyana görə daha bir mövqe itirdi - Şarmazanov

10-11-2018, 08:58           
İrəvan Paşinyana görə daha bir mövqe itirdi - Şarmazanov
Nikol Paşinyan Ermənistanın mövqelərini zəiflədir.

Axar.az xəbər verir ki, bu barədə bəyanatı Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov yayıb.

“8 noyabr keçdi və Ermənistan KTMT-də baş katib deyil. Bir şey aydındır ki, Paşinyanın idarəçiliyi dövründə Ermənistan qətiyyətlə öz təhlükəsizlik mövqelərini əldən verir. Artıq açıq bəyan edilir ki, bu vəzifə Belarusa keçəcək. Bu, Paşinyan hökumətinin növbəti uğursuzluğudur. Cənab baş nazir, korrupsiya ilə mübarizə aparmaq olar, amma bunu Ermənistan və Qarabağın təhlükəsizliyi hesabına etməyin. Əliyev yenidən ərazilərin qaytarılmasından, Ermənistan tərəfdən güzəştlərdən, Qarabağın Azərbaycan aid olmasından danışdı. Mən sizin reaksiyanızı gözlədim, amma susqunluqla qarşılaşdım”, – deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru