Avstriya ilə Rusiya arasında casus qalmaqalı: Qəbuledilməz...

10-11-2018, 18:41           
Avstriya ilə Rusiya arasında casus qalmaqalı: Qəbuledilməz...
Rusiya Xarici İşlər naziri Sergey Lavrov ilə avstriyalı həmkarı Karin Kneisl arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, Rusiya Xarici işlər Nazirliyi tərəflərin Avstriyada 20 il ərzində Rusiya hərbi kəşfiyyatına çalışdığı ehtimal edilən keçmiş polkovnik barədə danışdıqları barədə məlumat yayıb.

Kneisl telefon danışığı zamanı Vyanada qəbul edilən qərarla bağlı Lavrovu məlumatlandırıb və bu addımın gələcəkdə Avstriya ilə Rusiya arasındakı əməkdaşlığın inkişafına əngəl olmayacağına ümid etdiyini söyləyib.

Lavrov isə beynəlxalq ünsiyyət normalarına zidd olan ictimaiyyətin eşidə biləcəyi bir formada ittiham irəli sürmək praktikasının qəbuledilməz olduğunu bildirib.

Qeyd edək ki, bundan öncə Avstriyada 20 il ərzində Rusiya hərbi kəşfiyyatına çalışdığı ehtimal edilən 70 yaşlı keçmiş polkovnik həbs edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.