Rövşən Rzayev yorulub... - İDDİA

19-12-2018, 17:32           
Rövşən Rzayev yorulub... - İDDİA
Bu ilin aprel ayında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri postuna təyin olunmasına baxmayaraq daşıdğı vəzifənin ağırlığını dərk edən keçmiş deputat Rövşən Rzayev artıq yorulduğunu bildirib. Bu barədə DİA.AZ-a komitə sədrinin yaxınlarından daxil oln məlumatda deyilir.

Mənbə iddia edir ki, bu günlərdə özünə yaxın olan çevrədə Rövşən Rzayev "Allah Əli müəllimin (özündən əvvəlki komitə sədri Əli Həsənovu nəzərdə tutur -red.) ölənlərinə rəhmət eləsin, bu əməlli-başlı ağır iş imiş" deyərək gileylənib.

Mənbəni dia.az-a söylədikləri: "Rövşən müəllim açıq şəkildə yorğunluğunu ifadə edib. Deyib ki, bu gün qaçqınların qabağında dayanmaq, narazılıq yaratmamaq çox çətindir. Əli müəllimi indi başa düşdüyünü deyir".

Hər halda, Rövşən Rzayevin belə bir qənaətə gəlməsi heç də yaxşı nəsə vəd etmir. Çünki əgər bir məmur işinin öhdəsindən gəlmirsə, o zaman bəhanələr axtarır - kimi bir reallıq var. Görünəni odur ki, yeni olmasına baxmayaraq, artıq Rövşən müəllim də bəhanələr axtarışına çıxıb. Allah axırını xeyir eləsin...

Dia.az olaraq iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru