Həmsədrlər Azərbaycana gəldi

17-10-2019, 10:47           
Həmsədrlər Azərbaycana gəldi
Vasitəçilər Azərbaycan rəsmiləri ilə danışıqlar aparacaqlar

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) Bakıya gəlib.

Vasitəçilər Azərbaycan rəsmiləri ilə danışıqlar aparacaqlar.

Qeyd edək ki, həmsədrlərin regiona səfəri oktyabrın 14-də başlayıb. Onlar Ermənistan rəhbərliyi ilə danışıqlar aparıblar.

Oktyabrın 16-da isə vasitəçilər işğal altında olan Azərbaycan ərazilərinə səfər edib separatçı Dağlıq Qarabağ rejiminin başçısı isə görüşüblər. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru