“Rusiyanın erməni soyadlı vətəndaşları Azərbaycana gələ bilər, lakin...” - Məmmədyarov

17-10-2019, 10:53           
“Rusiyanın erməni soyadlı vətəndaşları Azərbaycana gələ bilər, lakin...” - Məmmədyarov
Rusiyanın erməni soyadı olan vətəndaşları Azərbaycana gələ bilərlər, lakin onlar əvvəlcədən heç olmasa bizim səfirliyimizə məlumat versinlər.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov “İzvestiya” qəzetinə müsahibəsində deyib.

Nazir bildirib ki, Azərbaycanın Rusiya ilə vizasız girişi var, lakin əvvəlcədən alınan məlumatlar mövcud münaqişə ilə bağlı (Qarabağ münaqişəsi-red) Azərbaycandakı emosional fon nəzərə alınmaqla, bizə hər hansı bir həddin qarşısını almağa imkan verəcək.

"Biz həmişə Rusiya tərəfi ilə bu mövzuda kifayət qədər açıq danışırıq”, - deyə nazir əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru