Tramp telefon zənginə görə mətbuat konfransını yarımçıq kəsib

24-09-2020, 04:57           
Tramp telefon zənginə görə mətbuat konfransını yarımçıq kəsib
Birləşmiş Ştatların prezidenti Donald Tramp təcili telefon zənginə əsaslanaraq mətbuat konfransını yarımçıq tərk edib.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Mən təcili zəng gəldi. Mən qayıdacağam, sabah görüşərik", - Ağ Evin başçısı bildirib.

Tramp telefon zənginin nə ilə əlaqədar olduğunu açıqlamayıb.

Qeyd edək ki, analoji hadisə avqustun 10-da da baş verib. Tramp mühafizə xidməti əməkdaşlarının xahişi ilə mətbuat konfransını yarımçıq dayandırmağa məcbur olub. ABŞ lideri bir neçə dəqiqə sonra geri qayıdaraq bildirib ki, Ağ Evin ətrafında atışma olub və hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsə atəş açaraq onu yaralayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru