Kerridən Rusiyaya ağır ittiham

6-02-2016, 10:37           

ABŞ-ın dövlət katibi Con Kerri Rusiyanın Suriyadakı əməliyyatlarını sərt şəkildə tənqid edib.

Ölkə.az xəbər verir ki, ABŞ KİV-lərinə açıqlama verən Con Kerri Suriya problemini şərh edib.

O, bildirib ki, Rusiyanın Suriyada həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində bu ölkədə dinc əhali, qadınlar və uşaqlar kütləvi şəkildə qırılır.

"Bu vəhşiliyə son vermək lazımdır", deyə Kerri vurğulayıb.

Xatırladırıq ki, Rusiyanın Bəşər Əsədi dəstəkləmək üçün Suriyada həyata keçirdiyi hərbi əməliyyatlar tam gücü ilə davam edir. Rus aviasiyası müxalifətin nəzarətində olan şəhərləri və yaşayış məntəqələrini bombalamaqda davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru