Rusiya XİN Şimali Koreyanı qınadı

7-02-2016, 12:47           
Rusiya XİN Şimali Koreyanı qınadı
Pxenyan dünya ictimaiyyətinin çağırışlarını dinləməyərək, növbəti dəfə beynəlxalq hüquq normalarına qarşı narahatlıq doğuran laqeydliyini nümayiş etdirib.

Virtualaz.org saytı TASS agentliyinə istinadən xəbər verir ki, bu gün Rusiyanın Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda belə deyilir.

Bəyanatda daha sonra qeyd olunur: «Aydındır ki, bu cür hərəkətlər Koreya yarımadasında və Şimal-Şərqi Asiyada vəziyyətin ciddi şəkildə gərginləşməsinə gətirib çıxarır, blok siyasətinə və hərbi qarşıdurmanın artırılmasına çalışan qüvvələrin xeyrinə işləyir, region dövlətlərinin, ilk növbədə KXDR-in özünün təhlükəsizliyinə ciddi zərbə vurur».












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru