"Bütün bunlar benzinin ucuzlaşdırılması üçün ciddi əsaslar deyilmi?"
8-02-2016, 13:03

"Yanacağın qiymətinin aşağı salınmasının Ümumi Tarazlıq Modelinə əsasən xərcləri azaltmaqla iqtisadiyyatın müxtəlif sektorlarına müsbət təsir edəcəyi ilə bağlı açıqlamamdan sonra Tarif Şurası və SOCAR-ın münasibəti özünü çöx gözlətmədi".
XəzərNews.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov deyib. İqtisadçı həmçinin Azərbaycanda və ABŞ-da satılan yanacağın qiymətini də müqasiyə edib: "Hər iki qurum Azərbaycanda benzinin qiymətinin azaldılmasının gündəmdə olmadığını və hətta ölkəmizdə yanacağın ABŞ ilə müqayisədə çox ucuz olduğunu açıqlayıblar.
Əvvəlla, “Premium Euro-95» və AI-98 markalı benzinin qiyməti Birləşmiş Ştatlar ilə müqayisədə bizdə ucuz deyil, əksinə bahadır. Yerli istehsal olan Aİ92 benzinin qiyməti isə Azərbaycanda ABŞ-a nisbətən heç də çox ucuz deyil. Belə ki, ABŞ-da bütün ştatlar nəzərə alınmaqla bir qallon benzinin orta qiyməti 1.822 dollardır. Bu isə o deməkdir ki, benzinin 1 litrinin qiymət cəmi 48 ABŞ sentidir. Azərbaycanda isə 1 litr daxili istehsal benzinin qiyməti son devalvasiyadan sonra manat ifadə də dəyişməsə də dollar ifadəsində 45 sentə düşüb. Deməli, fərq çox yox, sadəcə 3 sentdır.
İkincisi, 3800 dollar orta aylıq əmək haqqıya malik olan ABŞ-da gündəlk 5 litr benzindən istifadə edən vətəndaşın xərci ümumi gəlirinin cəmi 1.9 faizni təşkil edirsə bu göstərici bizdə 21 faizə bərabərdir. Yəni, gündəlik benzin sərfi 5 litr olan orta Azərbaycan vətəndaşı öz gəlirinin 1/5-dən çoxunu yanacağa xərcləyir.
Üçüncüsü, benzinin qiyməti ilə neftin dünya bazar qiyməti arasında əlaqənin olduğunu kimsə iddia etmir və əslində, neft özümüzün olduğu üçün qiymətin aşağı salınmasına ehtiyac var. Dördüncüsü, yanacağın ucuzlaşması büdcəyə bu mənbədən birbaşa daxilolmaları azalatsa da dolayı gəlirləri artırdığı üçün nəticədə qazanan tərəf elə büdcə özü olacaq. Nəhayət, bəyəm bütün bunlar benzinin ucuzlaşdırılması üçün ciddi əsaslar deyilmi?"
teref.az