İlhamə Quliyevadan şikayət edən deputat: - "Vəziyyət 2-3 günə aydınlaşacaq"
11-02-2016, 17:13
Xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisinin müraciəti əsasında aparılan araşdırmanın nəticəsi ilə bağlı vəziyyət 2-3 günə məlum olacaq.
Bunu xalq artisti İlhamə Quliyevanın həbs olunmuş sabiq köməkçisi Mehriban Hüseynovanın mətbuatda dərc olunmuş məktubunun araşdırılması üçün Respublika Prokurorluğuna müraciət etmiş Milli Məclisin üzvü, "Demokratiya və İnsan Hüquqları Komitəsi" təşkilatının sədri Çingiz Qənizadə deyib.
Millət vəkilinin sözlərinə görə, o hazırda bu məsələ ilə bağlı heç bir açıqlama vermək fikrində deyil: "Mən bununla bağlı mətbuata hələlik heç bir açıqlama verməyəcəm. Çünki mənim müraciətim araşdırılmalıdır. Araşdırmanın nəticəsi ortaya çıxmadan isə hər hansı açıqlama vermək yersiz qıcıq yaradacaq. Qoy prokurorluq obyektiv araşdırma aparsın. Mən belə hesab edirəm ki, vəziyyət 2-3 günə aydınlaşacaq".
Xatırladaq ki, deputat Çingiz Qənizadə İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın mətbuatda yer almış məktubunun araşdırılması üçün baş prokuror Zakir Qaralova müraciət edib.(milli.az)