Tahir Kərimov niyə üsyana qalxdı

9-03-2016, 02:01           
Tahir Kərimov niyə üsyana qalxdı
Salyanın sabiq icra başçısı özünə yaxın saytlarda yeni icra başçısı haqqında tənqid yazdırmağa başlayıb

Ötən günlərdə Prezident İlham Əliyevin sərəncamı ilə Salyanın icra başçısı Tahir Kərimov vəzifəsindən alındı. Onun yerinə isə Yardımlının icra başçısı olan Sevindik Hətəmov təyin olundu.

TEREF.İNFO yazır ki, konflik.az- ın verdiyi xəbərə görə, bu təyinatdan sonra maraqlı bir vəziyyət yaranıb. Məlum olub ki, Tahir Kərimov işdən çıxarılmasıyla barışmaq fikrində deyil. Eləcə Sevindik Hətəmovun da normal şəkildə fəaliyyət göstərməsinə imkan verməyəcək. Bunun əyani təzahürlərindən biri işdən çıxmasının səhərisi günü özünə yaxın olan saytlardan birində Hətəmovun əleyhinə yazının yayzılmasıdır.

Həmin yazıda qeyd edilir ki, dünənə qədər Tahir Kərimova baş əyib, onun qulluğunda dayananlar, bu gün Sevindik Hətəmovun qarşısında baş əyirlər. Yazıda daha sonra vurğulanır ki, belə adamlar nəticə olaraq kimsəyə fayda vermirlər və onlar üçün rəhbərin kimliyinin də əhəmiyyəti yoxdur. Önəmli olan qarşısında baş əymək üçün adam olsun.

Əslində, Tahir Kərimovla Sevindik Hətəmov arasında heç bir fərq yoxdur. Ona görə ki, hər iki icra başçısı mahiyyət etibarı ilə eyni sistemə qulluq edirlər. Və ya hər ikisi bu sistemin yetişdirmələridir və əlləri yetərli qədər korrupsiyaya bulaşıb. Tahir Kərimovun işdən çıxarılmasıyla barışmaması normaldır. Ona görə ki, Salyan kimi yağlı bir tikəni əldən verib. Bundan sonra isə hər hansı bir vəzifə alacağı da sual altındadır.

Sevindik Hətəmov isə Azərbaycanın ən kasıb rayonlarından birindən Salyan kimi çim yağın içinə düşüb. Onun üçün karyerası buradan başlayır. Lakin Salyan heç də sakit və sadə bir rayon deyil. Onu idarə etməyin özü belə ayrıca çətinlikləri ilə diqqəti çəkir. Amma Yardımlıyla nisbətdə Salyanda baş çıxarmaq elə də çətin olmayacaq. Üstəlik, burada pul qazanmaq da asanlaşacaq.

Mətbuat xəbər verir ki, dünənə qədər Tahir Kərimova baş əyənlərin bu gün Sevindik Hətəmova təzim etmələrində heç bir təccəblü şey yoxdur. Bu xarakterdir. Amma məsələnin qəliz tərəfi odur ki, Hətəmov da Kərimov kimi ona baş əyənləri önə çəkməyə başlayacaq. Çünki tərif hər bir icra başçısı üçün xoşdur. Ona görə də, bu gün Tahir Kərimova mələk kimi təqdim etmək və ya Sevindik Hətəmovu «əcinnə» gözündə görmək heç nəyi dəyişmir. Bu iki şəxsin bir birini tənqid etmələri belə mahiyyəti dəyişməyəcək. Çünki Kərimov pis idarəçi idisə, Hətəmov ondan da pis idarəçidir. Sadəcə, ortada Salyan rayonu əziyyət çəkəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.