Ziya Məmmədov müflis olmaq həddində

9-03-2016, 02:13           
Ziya Məmmədov müflis olmaq həddində
Nəqliyyat nazirinin bütün şirkətləri bağlanır, mediası isə yaxın günlərdə fəaliyyətini dayandıracaq

Bir müddət əvvəl səlahiyyətlərindən bir çoxu əlindən alınan nəqliyyat naziri Ziya Məmmədovun durumu daha da ağırlaşıb. Nazirin durumunu ağırlaşdıran səbəb isə artıq müflis olması təhlükəsiylə üzləşməsidir. Belə ki, Məmmədova məxsus bütün şirkətlər ard-arda bağlanmağa başlayıb.

Mənbə bildirir ki, ilkin mərhələdə milyonlarla manat sərf edərək, renatbelliliyi qorumağa çalışan nazirin adamları, sonradan görüblər ki, bütün cəhdlər əbəsdir. Ona görə də, şirkətlərin bağlanılması barədə qərar veriblər.

Məlumatda deyilir ki, nəqliyyat naziri özünü rəqiblərindən qorumaq üçün illərdən bəri pul xərcləyib saxladığı mediasını da buraxmaq qərarına gəlib. Yaxın günlərdən etibarən nazirin nəzarətində olan əksər media quruluşları fəaliyyətlərini dayandıracaqlar. Onların maliyyəsi isə ötən həftənin ortalarından etibarən kəsilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.