Keçmiş MTN zabiti Mədət Quliyevdən hansı problemin həllini istədi - "MTN-ə məlum idi, DTX bu işlərə son verə bilər.., bütün vasitələrlə"...

9-03-2016, 11:52           
Keçmiş MTN zabiti Mədət Quliyevdən hansı problemin həllini istədi - "MTN-ə məlum idi, DTX bu işlərə son verə bilər.., bütün vasitələrlə"...
İqtisadi böhran separatçıları fəallaşdırıb.
Martın 7-də Moskvadan yayımlanan Talışıstan Milli Televiziyası 18-ci buraxılışını təqdim edib.
Talış separatçılarının liderləri Fəxrəddin Aboszada, İsmayıl Şabanov 27 fevral 2016-cı ildə İrəvanda "Azərbaycanın köklü xalqları" elmi konfransına internet vasitəsilə qoşulub dövlətimizin əleyhinə çıxışlar etmiş, ermənilərin regionda talışların əsas tərəfdaşı olduğunu, Rusiyanın, İranın da talışların mövqeyini müdafiə etdiklərini səsləndirmişlər.

Rusiya prezidentinin müşaviri vəzifəsində çalışan İsmayıl Şabanov muxtariyyət deyil, müstəqil Talışıstan yaranmasının vacibliyinə diqqət çəkib. Hər dəfə televerilişdən əvvəl və sonra səslənən Talışıstanın himnini, Lənkəran haqqında mahnını rus bəstəkarı yazıb və sanki rus hərbi xorunun solisti Kuzma oxuyur.

Azərbaycan dövləti bütün vasitələrlə - diplomatik, hüquqi və əsasən də Dövlət Təhlükəsizlik Xidmətinin imkanlarıyla bu məsələnin üstünə gedib problemi köklü şəkildə həll etməlidir. Rusiya Qarabağ problemiylə paralel Talışıstan problemini gündəmə gətirir. 2011-ci ildə "Açıq separatizmin məxfi tərəfləri" başlıqlı yazımda dövlətimizə qarşı bu istiqamətdə olan hədənin əsl mənbəyini faktlarla göstərmişdim. MTN-ə məlum idi, DTX bu işlərə son verə bilər.., bütün vasitələrlə...

İlham İsmayıl, keçmiş MTN zabiti, ehtiyyatda olan polkovnik












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.