Putin ABŞ-ı yoxlamaq üçün Qarabağda müharibə başladacaq - ŞOK İDDİA

10-03-2016, 00:42           
Putin ABŞ-ı yoxlamaq üçün Qarabağda müharibə başladacaq - ŞOK İDDİA
“Rusiya Ukraynada yeni hərbi hərəkətlərə başlamağa hazırlaşır. Lakin Kreml Qafqazda gərginliyi artması ehtimalına görə bunu hələlik təxirə salır”.

Politika.Az xəbər verir ki, bu barədə Rusiyanın tanınmış politoloqu, publisist və ictimai xadim Andrey Piontkovskiy deyib.

Onun sözlərinə görə, Ukraynada inqilabdan sonra insanlar gözlədiklərini tam əldə edə bilmədilər: “Putin Ukrayna əhalisinin səhv etdiyini anlayacağına ümid edir. Əgər Ukrayna zəifləyəcəksə, hərbi hücumları aktivləşdirmək rahat olacaq. Amma hərbi hücumlar baxımından yaz fəsli əlverişli deyil. Bundan başqa, Qafqazda gərginliyin artırılması gözləntiləri var. Xüsusilə Dağlıq Qarabağda hər an müharibə baş verə bilər”.

Andrey Piontkovskiy qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin indiyə qədər ABŞ prezidentinin geri çəkilməsindən ilham alırdı: “Bundan sonra Putin yenidən razılıqları poza və Ukraynada, hətta Dağlıq Qarabağda hərbi hücumları aktivləşdirə bilər. O, bununla ABŞ-ın reaksiyasını öyrənəcək və sonrakı mərhələdə addımlarını buna uyğun atacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru