Erməninin əlinə oynayan şərəfsizlər iş başında... - təhlükə

11-03-2016, 14:34           
Erməninin əlinə oynayan şərəfsizlər iş başında... - təhlükə
Fevralın 27-də Yerevanda Ani Plaza Otelində “Azərbaycanın yerli xalqları: reallıq və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirə Rusiyada yaşayan İsmayıl Şabanov ilə Fəxrəddin Abaszadə “skayp” ilə qoşulublar. Onlar ermənilərlə birlikdə azərbaycanlıların və türklərin əleyhinə danışıblar.

Qeyd edək ki, Abaszadə və Şabanov Ermənistan kəşfiyyatının Rusiyada yaratdığı və idarə etdiyi saxta “talış diasporu”nun təmsilçiləridirlər.

Tədbirin videosu erməni kəşfiyyatının layihəsi olan “Talyshistan Tv” adlı youtube kanalında yayılıb.

Fəxrəddin Abaszadə skype müraciətində bildirib ki, talışların problemləri ancaq onların “dostları” olan ermənilər tərəfindən qaldırılır. “Bizim regiondakı yeganə müttəfiqimiz Ermənistan olmalıdır”,- o deyib.

Qeyd edək ki, Azərbaycanda yaşayan talışların təmsilçiləri bu adamları satqın və xain saydıqlarını dəfələrlə bəyan ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru