"Leyla Yunusun ağılı başına gəlib”

12-03-2016, 14:29           

Ötən gün hüquq müdafiəçisi Leyla Yunus həbsdən azad edildiyinə görə, ölkə başçısı İlham Əliyevə minnətdar olduğunu bildirib


L.Yunus deyib: “Həyat yoldaşım və mən ağır xəstəyik. Əgər bizi həbsdən buraxmasaydılar, ən azı birimiz indi sağ olmayacaqdıq. Mən Azərbaycan prezidenti İlham Əliyevə bizi həbsdən buraxdığına görə minnətdaram”.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Leyla Yunusun çıxışına münasibət bildirərək “həbsdən çıxandan sonra ağılı başına gəlib” deyə vurğulayıb.

“Leyla Yunus həbsdə olanda, yəqin etdiyi səhvlərə görə peşman olub. Amma peşmançılıq fayda vermir. O, Azərbaycan xalqına və dövlətinə çox böyük zərbələr vurub. Onun bizə etdiyini heç ermənilər də etməyib”.

Qeyd edək ki, Leyla və Arif Yunus müalicə almaq üçün xaricə getməyə görə icazə verilməsi ilə bağlı Yasamala rayon məhkəməsinə müraciət edib. Onların müraciəti təmin edilməyib. Appelyasiya məhkəməsində qərar qüvvədə saxlanılıb.(azvision.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru