"Suriyanın federasiyaya çevrilməsi ideyası tam cəfəngiyatdır" - Rusiya XİN-i

12-03-2016, 18:34           
"Suriyanın federasiyaya çevrilməsi ideyası tam cəfəngiyatdır" - Rusiya XİN-i
Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Rusiya və Qərb ölkələrinin Suriyanı federal dövlətə çevirmək barədə danışıqlar aparması haqda xəbəri cəfəngiyat adlandırıb.

Avropa.info xəbər verir ki, xəbəri dünən diplomatik mənbələrə istinad edən “Reuters” agentliyi yaymışdı. Rusiyanın Yaxın Şərq və Afrika ölkələri üzrə nümayəndəsi Boqdanov deyib ki, ölkəsi bu mövzuda danışıq aparmır.

“Bu tam cəfəngiyatdır. Biz belə fikirlər səsləndirməmişik. Belə təklifləri suriyalılar özləri səsləndirməlidir, yalnız onlar müzakirə etməli və qərar qəbul etməlidirlər”.

XİN nümayəndəsinin sözlərinə görə, suriyalılar ölkə konstitusiyasını özləri yazmalı və uyğun idarəetmə formasını müəyyən etməlidirlər. Rusiyanın bu məsələdə mövqeyi ölkənin və xalqın vahidliyini qorumaqdır. Rusiya bu məsələyə ümumiyyətlə qarışmaq fikrində deyil.

Xatırladaq ki, “Reuters” dünən Suriya münaqişəsinin həlli üçün ölkənin federasiyaya çevrilməsi planının BMT-də müzakirə olunduğunu xəbər vemişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru