Baş nazirin müavininə şok ittiham - “Yaqub Eyyubov KQB-nin ehtiyatda olan zabitidir”

13-03-2016, 14:06           
Baş nazirin müavininə şok ittiham - “Yaqub Eyyubov KQB-nin ehtiyatda olan zabitidir”
Baş nazirin birinci müavini Yaqub Eyyubov Rusiya prezidenti Vladimir Putindən mükafat olaraq, "Dostluq” ordeni almasına görə minnətdarlığını belə ifadə edib:

"Qəlbim bütün Rusiyaya və rus xalqına səmimi təşəkkür sözləri ilə doludur. Mən bu yüksək mükafatı şəxsən Sizin həm Azərbaycan xalqına, həm də mənim ölkəmə və prezident Ilham Əliyevə münasibətiniz kimi qiymətləndirirəm. Məndən ötrü bu, çox əziz və qiymətli təltifdir, çünki onu mənə Rusiya xalqının ləyaqətli oğlu, müasir dövrün görkəmli siyasətçisi, Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putin təqdim edib. Cənab Prezident, Sizə bir daha minnətdarlığımı və təşəkkürümü bildirirəm, rus xalqına və bütün Rusiyaya əmin-amanlıq, firavanlıq, şəxsən Sizə isə, cənab Prezident, möhkəm cansağlığı, yeni uğurlar, siyasətdə uzunömürlülük arzulayıram”.

Yaqub Eyyubovu yaxşı tanıyan şəxslərdən biri olan keçmiş müdafiə naziri Rəhim Qazıyev onun bu çıxışına münasibət bildirib. Rəhim Qazıyev deyir ki, Yaqub Eyyubov faktiki bu çıxışı ilə öz mahiyyətini açıb Azərbaycan xalqına göstərib.

"Yaqub Eyyubov KQB-nin ehtiyatda olan zabitidir. Əgər elə bir ordeni Ermənistan prezidenti Sarkisyan da ona vermiş olsaydı, o, bu sözləri ona da deyərdi. Çox təəssüf edirəm ki, indiki rejimin həlledici vəzifələrdə əyləşmiş məmurları Yaqub Eyyubovdan heç də geri qalmırlar. Yaqub Eyyubov kimi, onların da həyatının mənası vəzifə, karyera və vəzifənin onlara verdiyi geniş imtiyazlardır. Əslində, qısa çıxışı ilə özünün daxili dünyasını açan Yaqub Eyyubov haqda geniş danışmağa ehtiyac da yoxdur. Görünən kəndə nə bələdçi?! Əgər Eyyubov mənim bu fikrimlə razılaşmasa, təkzibolunmaz digər faktlarla onun kimliyini oxuculara daha ətraflı şəkildə təqdim edə bilərəm. Son olaraq bircə onu demək istəyirəm ki, Azərbaycanda müharibənin getdiyi ən ağır dövrdə, özünün ata vətəni olan Qazax real təhlükələrlə üzləşdiyi zaman o, vətəni müdafiə etmək əvəzinə, ermənilərlə əlaqədə olub doktorluq disertasiyası müdafiə etməyi üstün tutdu. Dediklərim acı olsa da, danılmaz həqiqətdir…”, – deyə Rəhim Qazıyev bildirib.
azadliq.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.