Böyük Britaniya Türkiyəyə “yox” dedi:"İqtisadiyyatı zəif olan ölkə AB üzvü ola bilməz"

14-03-2016, 00:00           

Böyük Britaniyanın Maliyyə naziri Corc Osborn Türkiyənin gələcəkdə Avropa Birliyinə (AB) daxil olmasına şübhə ilə yanaşdığını deyib.

Nazirin sözlərinə görə, Böyük Britaniya iqtisadi cəhətdən zəif bir ölkənin AB-yə üzvlüyünə qarşıdır və ilk növbədəcə veto hüququndan istifadə edəcək.

“Bizim Türkiyənin AB-yə üzvlüyünə qarşı veto hüququmuz var. Biz Birliyə yeni üzvlərin daxil edilməməsi ilə bağlı şərt qoymuşuq”, – Osborn bildirib.

Osborn, eyni zamanda, Türkiyəni AB-nin mühüm müttəfiqi kimi xarakterizə edib və bu ölkənin AB və Böyük Britaniya ilə münasibətlərinin vacib olduğunu deyib.

Axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru