Rusiya qırıcıları Ermənistanda təlimlər keçiriblər

11-03-2022, 11:37           
Rusiya qırıcıları Ermənistanda təlimlər keçiriblər
Ermənistanda Rusiyaya məxsus hərbi təyyarələr təlimlər keçiriblər. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, Cənub Hərbi Dairəsinin MiQ-29 və Su-30SM qırıcılarının pilotları gecə-gündüz təlim uçuşları həyata keçiriblər.

- Pilotlar havaya qalxma və enmə, cütlərin və bölmələrin qarşılıqlı əlaqəsi, yüksək sürətli hədəflərin axtarışı və ələ keçirilməsini işləyiblər. Ekipaj üzvləri həmçinin İrəvanın Erebuni aerodromunda sərhədi pozan şərti düşmən təyyarəsinin məcburi enişini həyata keçiriblər.

Cənub Hərbi Dairəsinin yaydığı məlumatda qeyd olunur ki, döyüş hazırlığı tədbirinin sonunda hərbi qulluqçular mühərriklərdən birinin nasazlığı zamanı təyyarənin təcili enişi, habelə uçuş-enmə zolağı qismən dağıdılmaqla məhdud əraziyə eniş əməliyyatlarını işləyiblər, - məqalədə yazılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.