Lavrovdan mühüm açıqlama: Rusiya Ukrayna ilə sülh müqaviləsinə hazırlaşır?

1-04-2022, 15:56           
Lavrovdan mühüm açıqlama: Rusiya Ukrayna ilə sülh müqaviləsinə hazırlaşır?
Ukrayna ilə sülh danışıqlarında irəliləyiş var. Moskva hazırda Ukraynanın təkliflərinə cavab hazırlayır.

Bu açıqlamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov edib. Hindistanda həmkarı ilə görüşdən sonra mətbuata açıqlama verən Lavrov bildirib ki Ukrayna ilə sülh danışıqları davam etməlidir.

Rusiyanın Hindistanla ticarətin həcmini artırıb-artırmayacağı sualını cavablandıran Lavrov deyib ki, hər iki tərəf üçün faydalı, qarşılıqlı hörmətə əsaslanan münasibətlər zəmnində ticari və iqtisadi əlaqələrin qurulması mümkündür.

“Burada təəccüblü heç nə yoxdur. Bizim çox yaxşı münasibətlərimiz var və bu davamlı olacaqdır”, - Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri fikrini yekunlaşdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru