Podolyak: "Rusiya cənub və şərqə çəkilərək şərtlər diktə etməyə çalışacaq"

2-04-2022, 11:55           
Podolyak: "Rusiya cənub və şərqə çəkilərək şərtlər diktə etməyə çalışacaq"
“Bəzilərinin gözlədiyi kimi, “əfqanıstanlaşma” və Rusiyanın yorucu uzun münaqişəsi olmayacaq”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak tviter səhifəsində yazıb.

“Rusiya cənub və şərqdən başqa, bütün əraziləri tərk edəcək, orada qazıntı işləri aparmağa, hava hücumundan müdafiə sistemini qurmağa, itkiləri kəskin şəkildə azaltmağa və şərtləri diktə etməyə çalışacaq. Ağır silahlar olmadan biz Rusiyanı çıxara bilməyəcəyik”, - Prezident Ofisinin rəsmisi vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.