Rusiya Ukraynada daha bir separatçı rejim yaradır – Moskvanın Tokmakda referendum hazırladığı iddia edildi
2-04-2022, 12:29
Ukrayna Baş Qərargahı Rusiyanın Ukraynanın Zaporoji vilayətində yerləşən Tokmak şəhərində referenduma hazırlaşdığını iddia edib.
Baş Qərargahın açıqlamasında deyilir: "Ukrayna ordusunun Rusiya işğalına qarşı müqaviməti davam edir. Rusiya bütün imkanları ilə hücum edir. Rus işğalçıları aprelin 4-də Tokmak şəhərində referenduma hazırlaşır. Bu məsələ ilə bağlı lazımi yerlərə məlumat verilib”. Mənbə: Bakixeber.com