Zelenski Rusiyanın nəzarətindəki ərazilərdə etiraza qalxan vətəndaşlara təşəkkür etdi
3-04-2022, 09:13
Ukrayna Prezidenti Volodimir Zelenski işğala baxmayaraq, anti-Rusiya mitinqlərinə davam edən vətəndaşlara təşəkkür edib.
Bu barədə dövlət başçısı xalqa müraciətində bildirib.
“Mən işğal altındakı şəhərlərdə küçələrə çıxan hər kəsə, qorxmayıb küçəyə çıxan, qorxsa da, küçəyə çıxan, bu qərarı ilə Ukrayna və azadlığı müdafiə etdiyini hiss edən hər kəsə təşəkkür edirəm”, - deyə o bildirib.