ABŞ qitələrarası ballistik raket sınaqlarını ləğv edib

3-04-2022, 10:25           
ABŞ qitələrarası ballistik raket sınaqlarını ləğv edib
ABŞ qitələrarası ballistik raket sınaqlarını ləğv edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndələri sınaq ləğvini nüvə gərginliyini azaltmaq istəyi ilə izah ediblər.

Bundan əvvəl “Minuteman III” raketinin buraxılışı martın 2-nə planlaşdırılırdı, lakin Rusiyanın nüvə qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirmək barədə bəyanatları fonunda təxirə salınmışdı.

ABŞ tərəfi bildirib ki, Rusiya ilə birgə yanlış hesablama riski nəzərə alınmalı və bu riski azaltmaq üçün addımlar atılmalıdır.

"Minuteman III"ün növbəti sınağı bu ilin sonuna planlaşdırılıb.

Qeyd edək ki, nüvə qabiliyyətinə malik "Minuteman III" ABŞ ordusunun strateji arsenalının əsas hissəsidir, 9 660 km-dən çox uçuş məsafəsinə malikdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru