Conson Ukrayna üçün raketlər alır: YENİ YARDIM PAKETİ

4-04-2022, 00:06           
Conson Ukrayna üçün raketlər alır: YENİ YARDIM PAKETİ
Böyük Britaniyanın baş naziri Boris Conson Putinin Ukraynanın cənubu ilə bağlı planlarını pozmaq və Odessanı effektiv müdafiə etmək üçün Ukrayna ordusuna lazım olan silahları göndərmək istəyir.

Bu barədə “The Times” məlumat dərc edib.

Bildirilib ki, Conson nazirlərlə söhbətində Rusiyanın irəliləməsinin qarşısını almaq üçün gəmi əleyhinə raketlər almaq və onları Ukrayna silahlı qüvvələrinə vermək istəyini açıq şəkildə ifadə edib.

London Rusiya gəmilərini dəf etmək üçün Ukraynanı gəmi əleyhinə raketlərlə silahlandırmaqda israrlıdır.

Həmin silahlar liman şəhərlərini dənizdən ehtimal edilən atəş zərbələrindən qoruyacaq.

Qeyd edək ki, bu gecə prezident Vladimir Zelenski Boris Conson ilə Ukraynaya yeni müdafiə yardım paketi ilə bağlı razılığa gəldiyini təsdiqləyib.

Ukrayna rəhbərinin sözlərinə görə, ruslar bütün diqqətini Donbas və Ukraynanın cənubunu ələ keçirməyə yönəldiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru