"İşğaldan azad etdiyimiz ərazilərdə monitorinqlərin aparılmasına qadağa qoyulmalıdır" - Rus həmsədrə şok ittihamlar

28-04-2016, 17:19           

"Azərbaycan rəsmi şəkildə ATƏT-in Minsk qrupuna yeni işğaldan azad etdiyimiz ərazilərdə monitorinqlərin aparılmasına qadağa qoymalıdır. Düşməndən azad olunan ərazilərin məlumatlarını ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprişik ermənilərə ötürür”.

Bunu ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, Azərbaycan indiki halda ATƏT-in Minsk qrupunun həmin ərazilərdə monitorinq keçirməsinə icazə verməməlidir: "Monitorinqlərin aparılması təmas xəttinin dəyişməsi və digər məsələlərlə bağlıdır. Amma hələ ki, Moskvada iki ölkənin Baş Qərargah rəislərinin imzaladığı sənədin hansı məqsəd daşıdığı açıqlanmayıb. Əgər bu yeni bir sənəddirsə, o zaman Bişkek protokolu qüvvədən düşmüş hesab olunur. Yox, əgər sənəd yeni imzalanıbsa və Bişkekdə imzalanan protokolun təsdiqidirsə, o zaman bu protokol qüvvəsində qalır. Monitorinq tək cəbhə xəttinin dəyişməsi ilə bağlı deyil. Orada bir çox məsələlər var. Hesab edirəm ki, Azərbaycan indiki halda ATƏT-in Minsk qrupunun həmin ərazilərdə monitorinq keçirməsinə icazə verməməlidir”.

Hərbi ekspertin fikrincə, Anjey Kasprişik daha çox ermənilərlə işləyir və Azərbaycanın mövqeləri ilə bağlı məlumatları düşmən tərəfə ötürür.

"Anjey Kasprişikin tez bir zamanda dəyişilməsi gündəmə gətirilməldir. Fəaliyyəti dövründə o, erməni maraqlarına xidmət edib və Azərbaycanın bütün məlumatlarını qarşı tərəfə ötürüb: "Kasprişiklə 2001-ci ildə Ermənistana və işğal olunmuş ərazilərə səfər edən bir şəxs kimi deyə bilərəm ki, o, daha çox erməni maraqlarına xidmət edir. Onun bu vəzifədə uzun illərdir saxlanılması məhz buna xidmət edir”,-deyə Ü.Cəfərov bildirib(Azvision.az).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru