“Yenə də icra başçıları öz dayıuşaqlarını siyahılara salacaq”

28-04-2016, 17:22           
“Yenə də icra başçıları öz dayıuşaqlarını siyahılara salacaq”
"Azərbaycanda, cəmiyyətdə dövlət qulluğuna işə qəbulla bağlı məsələyə müxtəlif və birmənalı olmayan yanaşmalar, rəylər var".

Modern.az-ın məlumatına görə, deputat Çingiz Qənizadə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında "Dövlət qulluğu haqqında" qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsini zamanı deyib. O bildirib ki, dövlət qulluğuna işə qəbulla bağlı birinci mərhələ-test imtahanı kifayət qədət problemsiz və şəffaf olur:

"Ancaq ikinci-müsahibə mərhələsi hər zaman problemli olur, narazılıq doğurur. Bu gün müzakirəyə çıxarılan qanun layihəsi isə qəbul olunarsa, bu narazılıq onqat artıracaq. Mən hər zaman müsahibənin əleyhinə olmuşam və bu gün də onun əleyhinəyəm. Müsahibə tamam yığışdırılmalıdır.

Deputat həmkarlarımdan biri, plenar iclaslardan birində demişdi ki, bir nəfər yeddi ildir testdən keçir, ancaq onu müsahibədən keçirmirlər və işə qəbul etmirlər. Bəs şəffaflıq hanı, harada qaldı?".

Çingiz Qənizadə işə qəbulla bağlı müsahibələrin müvafiq icra orqanlarına həvalə edilməsini düzgün saymayıb: "Yenə də icra başçıları öz əmioğlanlarını, dayıuşaqlarını siyahılara salacaq və istədikləri adamı müsahibədən "keçirəcəklər". Yenə də öz bildiklərini edəcəklər, oxuyacaqlar.

Ona görə də hesab edirəm ki, dövlət qulluğuna işə qəbulla bağlı ancaq test imtahanı saxlanmalıdır, müsahibə tamam ləğv olunmalıdır. Bir sözlə, şəxsən mən bu sənədin əleyhinəyəm və plenar iclasa çıxarılacağı təqdirdə də, onun əleyhinə səs verəcəyəm".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.