“Nəinki Xankəndinin, hətta İrəvanın da necə bombalanmasına şahid olacağıq” - İnşallah...

28-04-2016, 17:44           
“Nəinki Xankəndinin, hətta İrəvanın da necə bombalanmasına şahid olacağıq” - İnşallah...
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ermənilərin mülki obyektləri atəşə tutması nəticəsində 8 dinc sakin yaralanıb, bir nəfər isə həyatını itirib. Xatırladaq ki, müdafiə naziri Zakir Həsənov mülki əhaliyə ziyan dəyəcəyi təqdirdə Xankəndinin bombalanacağını bildirmişdi. Ermənilər son vaxtlar yaşayış məntəqələrinə, dinc əhaliyə ağır çaplı silahlardan zərbə endirsələr də, Azərbaycan tərəfi Xankəndinin dağıdılacağı ilə bağlı verdiyi sözü tutmadı.

Moderator.az YAP-çı deputat Siyavuş Novruzovla Azərbaycan tərəfinin hansı səbəbdən verdiyi sözü tutmadığına aydınlıq gətirməyə çalışıb.

Deputat qeyd edib ki, sülh prosesi nəticə vermədiyi halda Azərbaycan tərəfi verdiyi sözü tutacaq:

“Aprel hadisələrindən sonra Azərbaycan tərəfi ATƏT-in həmsədrlərinin, eləcə də digər beynəlxalq təşkilatların müraciətləri əsasında atəşi dayandırdı. Lakin Ermənistan Azərbaycanı təxribata çəkir, mütəmadi olaraq atəşkəsi pozur, hərbi nöqtələrlə yanaşı mülki əhalini də ağır çaplı silahlardan atəşə tutur. Bu da bilavasitə sülh prosesinin bilərəkdən yenidən pozulmasıdır, yenidən münaqişə ocağının alovlanmasıdır. Bununla bağlı Azərbaycan silahlı qüvvələri də düşəminin layiqli cavabını verir. Lazım gələndə sadalanan həmin nöqtələrə də Azərbaycan öz zərbələrini endirəcək. Bu günkü gün Ermənistanın çirkin mövqedən çıxış etməsinin və Azərbaycanı zorla atəşkəsi pozmağa vadar etməsinin ardında çox gizli hiylələr durur. Ona görə də ən yaxşısı səbrli, təmkinli olmaq, bu prosesin qısa müddətdə sülh yolu ilə həllini gözləməkdir. Təbii ki, sülh yolu ilə torpaqlarımızın qaytarılması mümkün olmadığı təqdirdə nəinki Xankəndinin, hətta İrəvanın da necə bombalanmasına şahid olacağıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.