Britaniya Rusiyanın məsuliyyətə cəlb edilməsində Ukraynaya kömək edəcək

21-01-2023, 10:34           
Britaniya Rusiyanın məsuliyyətə cəlb edilməsində Ukraynaya kömək edəcək
Böyük Britaniya beynəlxalq tərəfdaşlar qrupuna qoşulub. Bu qrup Ukraynaya qarşı müharibəyə görə Rusiyanın məsuliyyətə cəlb edilməsinə çalışacaq.

Bu barədə Britaniya xarici işlər naziri Ceyms Kleverli məlumat verib.

O bildirib ki, Britaniya Ukraynanın dəvətini qəbul edib və öz hüquqi təcrübəsini bölüşmək, Rusiya liderlərinin öz hərəkətlərinə görə tam məsuliyyətə cəlb edilməsi variantlarını araşdırmaq üçün bu koalisiyaya qoşulacaq.

Kleverli Ukrayna əsgərlərinin və dinc sakinlərin həlak olması, həmçinin milyonlarla ukraynalının didərgin düşməsi ilə bağlı etirazını ifadə edib.

“Rusiyanın vəhşilikləri cəzasız qalmamalıdır”, - deyə o vurğulayıb.

Qeyd edilir ki, Böyük Britaniyanın iştirakı yeni “hibrid” tribunalın yaradılması imkanlarının qiymətləndirilməsini əhatə edəcək. Bu tribunalın Beynəlxalq Cinayət Məhkəməsi və Ukraynanın daxili məhkəmə prosesi də daxil olmaqla hərbi cinayətlərin araşdırılması üzrə mövcud mexanizmləri tamamlaması nəzərdə tutulur. (Mənbı: “The Guardian”)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru