Ukrayna “Cənub” Əməliyyat Komandanlığı: “Rusiya dənizdən zərbə endirməyə hazırdır”

21-01-2023, 11:54           
Ukrayna “Cənub” Əməliyyat Komandanlığı:
“Rusiya dənizdən, o cümlədən sualtı qayıqlardan zərbə endirməyə hazırdır”.

Bu barədə telemarafonun efirində Ukrayna “Cənub” Əməliyyat Komandanlığının spikeri Natalya Qumenyuk məlumat verib.

“Gəmi qrupunun olması rusiyalıların raket hücumuna hazır olmasından xəbər verir. Raket zərbələrinin konkret hədəflərə vurulması və ya kütləvi xarakter daşıması düşmənin strategiyasından asılıdır”, - deyə o qeyd edib.

Qumenyuk əlavə edib ki, fırtına səbəbindən gəmi-kater heyətinin rotasiyası müşahidə olunur, lakin raketdaşıyıcılar öz yerlərində qalır. Onların arasında iki sualtı qayıq var ki, hava hücumundan müdafiə sistemi vasitəsi ilə bu qayıqlardan raketlərin buraxılışını aşkar etmək çətindir.

Mənbə: UNİAN “Telegram”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru