Sünni imamı: ”Gənc və qadınları həbsə atmamalıyıq”
22-01-2023, 15:45
"80-90 yaşlılar indiki gəncliyə qərar verə bilməz".
Cebhe.info xəbər verir ki, bunu Zahidanın sünni imamı Mövlavi Əbdül Həmid cümə xütbələrində Sistan və Bəlucistanın təhlükəsizlik mühitini tənqid edərkən deyib.
O, açıq şəkildə deyib ki, İranda 80-90 yaşlılar indiki gənclik üçün qərarlar verirlər.
Cənab Əbdül Həmid “Biz gənclərin və qadınların söz və tələblərinə qulaq asmalıyıq. Biz onları həbsə atmamalıyıq”,-deyə vurğulayıb.