Latviyanın Xarici İşlər Nazirliyi Rusiya səfiri Mixail Vaninin öhdəsinə fevralın 24-dək ölkəni tərk etməyi qoyub.
Bu barədə Baltikyanı ölkənin xarici siyasət idarəsinin bəyanatında bildirilib.
“Rusiya səfiri 2023-cü il fevralın 24-dək Latviyanı tərk etməlidir. Latviya Respublikasının Rusiya Federasiyasındakı səfiri də fevralın 24-dək Rusiyanı tərk edəcək”, - bəyanatda qeyd oluub.