Çexiya prezidenti Ukrayna müharibəsi barədə: “Digər mümkün nəticələrə də hazır olmalıyıq”

27-02-2023, 09:05           
Çexiya prezidenti Ukrayna müharibəsi barədə: “Digər mümkün nəticələrə də hazır olmalıyıq”
Çexiya prezidenti Petr Pavel Ukraynanın sülh sazişi bağlamaq üçün Rusiyaya ərazi güzəştinə getməli olacağını istisna etməyib.

O, bu barədə bazar günü fevralın 26-da Ukrayna televiziyasına müsahibəsində bildirib.

“Mən demişəm, biz hər şeyi edəcəyik ki, Ukrayna bu il qalib gəlsin, lakin gəlin başqa mümkün nəticələrə də hazır olaq. Onlardan biri daha uzun münaqişə ola bilər”, - siyasətçi bəyan edib.

Onun sözlərinə görə, hadisələrin inkişafı üçün bəzi ssenarilər ondan ibarət ola bilər ki, təkcə xalq deyil, həm də Ukrayna rəhbərliyi ərazilərin qaytarılmasından əldə edəcəyi faydanın həddən artıq baha başa gələcəyini anlayır. Buraya insan həyatlarıı da daxildir.

Eyni zamanda, Pavel Ukraynaya güzəştə getməyi təklif etmədiyini vurğulayıb. “Son damla qanına qədər” demək asandır. Yaxşı səslənir, amma bu, mənim qanım deyil, sizin qanınızdır. Ona görə də buna siz qərar verməlisiniz”, - Çexiyanın rəhbəri yekunlaşdırıb.

Mənbə: profile.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru